AZ

Bakıda 75 yaşlı kişiyə qarşı dələduzluq edildi

Bakının Nərimanov rayonunda 75 yaşlı kişiyə dələduzluq edilib.

News24.az DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində 75 yaşlı kişinin naməlum şəxs tərəfindən aldadılaraq 1200 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Əmini müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Seçilən
8
18
news24.az

10Mənbələr