İsrail yanvarın 30-da “HƏMAS” ilə razılaşma çərçivəsində 110 fələstinli məhbusu azad edəcək.
Publika.az xəbər verir ki, bu barədə Fələstin Əsirlərin İşləri üzrə İnformasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, azad edilənlərin 30-u azyaşlı, 32-si ömürlük həbsə məhkum edilmiş və 48-i isə uzun müddət cəza çəkəndir.