AZ

Sumqayıt-Yalama dəmir yolunun tikintisi uğurla həyata keçirilir » AzadMedia.az


Mövcud yolların reabilitasiyası və müasirləşməsi, daşınma imkanlarının və qatarların sürətinin artırılması istiqamətində görülən işlər arasında Sumqayıt-Yalama dəmir yolunu qeyd etmək istərdim. Bu yolun tikintisi artıq 80 faiz səviyyəsində təmin edilib və yəqin ki, yaxın zamanlarda tam istifadəyə veriləcək.

Bunu Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr edilmiş müşavirədə çıxış edərkən deyib.

“İndi üzərində işlədiyimiz yol – Ələt-Astara yolu, faktiki olaraq hamı bilir ki, bu yol var, amma nəzərə alsaq ki, gələcəkdə Şimal-Cənub dəhlizi üzrə yüklər kəskin artacaq, bu yolun da genişləndirilməsi gündəlikdədir və bu il artıq müəyyən vəsait də ayrılıb.

Azərbaycan şəhərləri arasındakı bağlantıları təmin etmək üçün bir neçə yeni qatar istiqaməti müəyyənləşdirilib. Bakı-Qəbələ. Qəbələ şəhərinə dəmir yolu xətti heç vaxt çatmırdı, biz onu inşa etdik və bu yol da çox lazımlıdır. Bakı-Balakən dəmir yolu fəaliyyətini bərpa etdi və Bakı-Ağstafa. Yəni, Azərbaycan coğrafiyasını bilənlər görürlər ki, bu yollar, əslində, ölkəmizi bizim qərb sərhədi ilə, şimal-qərb sərhədi ilə və Qəbələ şəhəri ilə bağlayır. Bütün bu yollar üzrə yerləşən şəhərlər də təbii olaraq əhatə olunur”, – deyə dövlət başçısı əlavə edib.

Dövlətimizin başçısı İlham Əliyev nəqliyyat infrastrtukturunda əldə olunan uğurlu nəticələri rəqəmlər əsasında diqqətə çatdırıb:

1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. O da qeyd edildi ki, son 20 ildə Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib.

Qeyd edilib ki, görülmüş tədbirlər nəticəsində Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Azərbaycanın nəqliyyat imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasını şərtləndirir. Belə ki, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdə qərarlaşır.

Cənab Prezident görüləcək işlər barədə də kifayət qədər geniş məlumat verdi. Məsələn, Sumqayıt-Yalama dəmir yolunun tikintisi ilə bağlı işlərin böyük bir hissəsi həyata keçirilib. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi, 10 yeni metro stansiyası tikiləcək. Bakıda və onun ətrafında yerləşən ərazilərdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı yeni Dövlət Proqramı qəbul ediləcək. Düşünürəm ki, Dövlət Proqramının qəbul olunması Bakı şəhərində tıxacların azalmasına, eyni zamanda, nəqliyyat infrastrukturunun daha da müasirləşməsinə xidmət edəcək.



Mahmud Bağırov YAP Masallı rayon təşkilatının fəal üzvü
Seçilən
7
azadmedia.az

1Mənbələr