AZ

Qurban Qurbanov: "Mənim bəxtim onda gətirib ki..."

"Qarabağ" Avropa Liqası Liqa fazasının 8-ci turu çərçivəsində sabah Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalitlərin suallarını cavablandırıb:

- Son matçımızdır. Çox ciddi rəqibə qarşı oynayacağıq. "Olimpiakos" Avropa Liqasının qalibi olmağa iddialıdır. Ötən mövsüm Konfrans Liqasının qalibi olublar. Bu il də istəkləri, hədəfləri böyükdür. Rəqibdə sürət, dinamika var. Yaxşı oyun göstərib yaxşı nəticə əldə etməyə çalışacağıq.

- 16 ildir "Qarabağ"da çalışırsız. Bütün müddət ərzində belə bir komanda yaratmaq üçün bu gücü haradan alırsız?

- Əlbəttə ki, asan deyil. Futbol kollektiv oyundur. İşin gedişatında daim dəyişikliklər olmalıdır. Yeni simalar, yeni futbolçular seçirsən. Mənim bəxtim onda gətirib ki, çox yaxşı əllərdə oldum. Bizim yaxşı rəhbərimiz, idarəçilərimiz var. Komanda formalaşdırmaqda həmişə mənim yanımda olublar. Mütləq şəkildə daha işgüzar olmalı, işimizə daha çox vaxt ayırmalıyıq. Əgər əziyyət çəkirsənsə, Allah mütləq əziyyətin qarşılığını verir.

“Mingəçevir” heyətini yeni futbolçu ilə gücləndirib

"Neftçi" daha iki legionerini göndərir - amma...

"Qarabağ" Yunanıstana yollanıb

Millinin Xorvatiya ilə oyun üçün heyəti açıqlanıb

“Kəpəz”də ayrılıq

Seçilən
2
6
apasport.az

10Mənbələr