AZ

Ötən il Yaponiyada uşaq intiharı rekord həddə çatıb

Yaponiyada 2024-cü ildə intiharların sayında ümumi azalma müşahidə olunsa da, məktəb və məktəbəqədər yaşlı uşaqlar arasında rekord sayda intihar baş verib. 

Ölkə.az Sfera.az-a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyinin dərc etdiyi məlumatlar sübut edir.

Bu məlumatlara əsasən, əhalisi təxminən 124,5 milyon nəfər olan Yaponiyada 2024-cü ildə intiharların ümumi sayı 20 268 nəfər təşkil edib ki, bu da tarixdə ikinci ən aşağı göstəricidir. Uşaqlar arasında bu say 527 nəfər olub. İl ərzində intiharların ümumi sayı 1569 nəfər azalıb. Eyni zamanda, intihar edənlərin böyük əksəriyyəti (13 763) kişilərdir. Uşaqlar arasında ən çox intihar edənlər (349) orta məktəb şagirdləridir.

Seçilən
1
1
olke.az

2Mənbələr