AZ

Kaliforniyada “ASALA” terrorçusu tərəfindən öldürülən türk diplomatları anılıb

Kaliforniyada erməni terror təşkilatı “ASALA” üzvünün hücumu nəticəsində həlak olan türk diplomatların xatirəsini yad edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

“27 yanvar 1973-cü ildə Santa-Barbarada terrorçular tərəfindən öldürülən türk diplomatları Mehmet Baydar və Bahadır Dəmirin xatirəsini ehtiramla yad edirik”, - paylaşımda deyilir.

Qeyd edək ki, Türkiyənin Los-Ancelesdəki baş konsulu M.Baydar və vitse-konsul B.Dəmir Santa Barbara şəhərində erməni terrorçu, ASALA təşkilatının üzvü Qurgen Yanikyan tərəfindən güllələnib.

Bir sıra mənbələr “ASALA”nın 1975-ci ildə yaradıldığını, lakin qrup üzvlərinin bundan əvvəl, o cümlədən 1972 və 194-cü illərdə terror aktları törətdiyini göstərir.

Seçilən
3
1
report.az

10Mənbələr