Azərbaycanda yeni hava limanı tikilir.
Medianews.az Xəzər TV-yə istinadən məlumat verir ki, Ələt Azad İqtisadi Zonasında tikilən hava limanı tək yükdaşıma kimi deyil, həmçinin sərnişindaşıma və biznes aviasiya terminalı kimi fəaliyyət göstərəcək.
İqtisadi zonanın İdarə Heyətinin sədri Valeh Ələsgərov “Xəzər Xəbər”ə müsahibəsində deyib ki, 750 hektar ərazini əhatə edəcək hava limanının tikilməsində məqsəd həm də Azərbaycanı aviasiya habına çevirməkdir. Hava limanı gələn il təhvil veriləcək.
Bir il 7 ay əvvəl birinci mərhələsinin açılışı olan Ələt Azad İqtisadi Zonasında artıq bir neçə şirkət də inşaat işlərinə başlayıb. Bu il iki böyük müəssisə fəaliyyətə başlayacaq.
V.Ələsgərov qeyd edib ki, iqtisadi zonada həmçinin 200 min ton alüminium istehsal edən müəssisə tikiləcək. Burada 1 300-1 400 nəfər işlə təmin olunacaq. İqtisadi zonada fəaliyyətə başlayacaq ikinci böyük müəssisədə isə sənayedə tələb olunan məhsul istehsal ediləcək ki, burada da 800-dən çox iş yeri olacaq.
Ətraflı süjetdə: