Yanvarın 30-da Amerika fond bazarlarında eniş davam edib.
"APA-Economics"in məlumatına görə, Dow Jones indeksi 0.31% – 44,713.52 bəndədək, S&P 500 indeksi 0.47% – 6,039.31 bəndədək, Nasdaq indeksi isə 0.51% – 19,632.32 bəndədək azalıb.
Avropa fond bazarlarında yanvarın 30-da FTSE 100 indeksi 0.28% – 8,557.81 bəndədək və Almaniyanın DAX indeksi 0.97% – 21,637.53 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.32% – 7,872.48 bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.03% azalaraq 1.0418 dollar təşkil edib.