Almaniyanın “Bayern” klubu UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Msport.az “Opta”ya istinadən xəbər verir ki, Münhen təmsilçisi buna Liqa mərhələsinin VIII turunda Slovakiyanın “Slovan” komandasını məğlub etməklə (3:1) nail olub.
Komanda qitənin ən nüfuzlu klub turnirinin qrup/liqa mərhələsində doğma meydanda keçirdiyi 34 (32 qələbə, 2 heç-heçə) matçda məğlub olmayıb.
Almaniya nəhəngi bu göstəricidə İspaniya “Barselona”sını geridə qoyub – 33 qələbə.