Vaşinqton yaxınlığındakı təyyarə qəzasında kriminal və terror təşkilatlarının əli yoxdur.
Bu barədə NBC telekanalına ABŞ Federal Təhqiqatlar Bürosunun yerli ofisindəki yüksək vəzifəli mənbə bildirib.
Qurum rəsmisi idarənin hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.
Vurğulanıb ki, büro daha sonra müvafiq açıqlama yayacaq.
Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.
Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb. Hazırda faciə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
Report.az