AZ

ABŞ-da təyyarə helikopterlə toqquşub

Dünən axşam saatlarında göyərtəsində təxminən 60 sərnişinin olan “American Airlines” hava yolları şirkətinə aid “American Eagle” təyyarəsinin 5342 salı reysi zamanı Ronald Reyqan hava limanı yaxınlığında qəzaya düşüb. Təyyarə göyərtəsində üç əsgərin olduğu bildirilən, ABŞ Müdafiə Nazirliyinə aid “Black Hawk” helikopteri ilə toqquşub. CNN yazır ki, helikopter təlim həyata keçirirmiş. Qəzadan sonra hava limanının rəhbərliyi bütün uçuş və enişlərin dayandırıldığını elan edib.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) qısa açıqlama verərək, PSA Hava Yollarına məxsus regional sərnişin təyyarəsinin hava limanında 33 saylı uçuş-enmə zolağına yaxınlaşarkən havada hərbi helikopterlə toqquşduğunu açıqlayıb. Nəqliyyat Təhlükəsizliyi İdarəsi Kanzas ştatının Viçita şəhərindən havalanan təyyarənin qəzası ilə bağlı hadisəni araşdıracağı ilə bağlı bəyanat verib.

Vaşinqton Yanğın Departamenti bildirib ki, qəzaya uğrayan təyyarə Potomak çayına düşüb və yanğınsöndürən qayıqlar hadisə yerinə gəlib,.

ABŞ-ın respublikaçı senatoru Ted Kruz “X” platformasındakı paylaşımında qəza nəticəsində ölənlərin olduğunu bildirib.

Şəhər Polis İdarəsi sosial mediada Potomak çayında baş verən təyyarə qəzasına reaksiya verib. “Çox təşkilatlı axtarış-xilasetmə əməliyyatı davam edir”.

“Toqquşma nəticəsində Potomak çayından ən azı 18 cəsəd çıxarılıb”, – ABŞ polis rəsmisi “CBS News”a bildirib.

ABŞ prezidenti Donald Tramp deyib ki, qəzanın “qarşısı alınmalı idi”. Tramp özünün “TruthSocial” hesabında yazıb: “Niyə idarəetmə qülləsi helikopterin təyyarəni görüb-görmədiyini soruşmaq əvəzinə ona nə edəcəyini söyləməyib? Bu, qarşısı alınmalı olan dəhşətli vəziyyətdir”.

ABŞ ordusunun sözçüsü hərbi helikopterin "təlim uçuşu"nda olduğunu bildirib. ABŞ Müdafiə Naziri Pit Heqsetin “X” platformasındakı açıqlamada “Qəzada iştirak edən təyyarənin təlim uçuşu etdiyini təsdiqləyə bilərik” yazıb.

Məsələ ilə bağlı məlumatı olan bir mənbənin sözlərinə görə, qəzada çox sayda insan həyatını itirib, lakin ölənlərin dəqiq sayı hələ məlum deyil, çünki xilasetmə qrupları qurbanların axtarışını davam etdirir. Ordu rəsmisi bildirib ki, helikopterdə üç əsgər olub. Toqquşmanın səbəbi ilə bağlı hələlik heç bir məlumat verilməyib, lakin hava limanında bütün eniş və enişlər dayandırılıb və hüquq-mühafizə orqanlarının helikopterləri hadisə yerinə uçub.

CNN xəbər verir ki, hazırda axtarış-xilasetmə işlərində 300-ə yaxın adam iştirak edir.

Ağ Evin sözçüsü Karolin Livit “Fox News”a açıqlamasında ABŞ prezidenti Donald Trampa məlumat verildiyini və “hərbi helikopterin yerli sərnişin təyyarəsi ilə toqquşduğu anlaşılıb”. ABŞ mediası isə daha sonra çaydan 18 cəsədin çıxarıldığını bildirib. Potomak çayında temperaturun aşağı olması axtarış və xilasetmə işlərini çətinləşdirdiyini bildirilib.

Seçilən
0
43
vaxt.az

10Mənbələr