Dubaydan Moskvaya uçan “Boeing” sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı verib.
Titul.az xəbər verir ki, bu haqda “Flightradar” xidmətinin məlumatlarında bildirilir.
Belə ki, “Boeing-737” sərnişin təyyarəsi təxminən 20 dəqiqə əvvəl Xəzər dənizi üzərində ümumi fövqəladə vəziyyət (ümumi həyəcan) transponder kodunu təyin edib.
“Təyyarə Həştərxanda təhlükəsiz eniş edib”, - aviasiya xidmətləri TASS-a bildirib. /Qafqazinfo
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!