Lənkəranda oğlunun ölüm xəbərini eşidan ana həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi İldırım Şükürzadə sosial şəbəkə hesabında məlumat verib.
Belə ki, əslən Lənkəran şəhərindən olan Seyran Cəfərli Bakıda vəfat edib. Cavan övladının ölüm xəbərini eşidən Məhrəba Cəfərova isə bu ağır dərdə tab gətirməyərək dünyasını dəyişib.
Qeyd edək ki, Seyran Cəfərlinin qardaşı Fikrət Cəfərov Havzava kənd tam orta məktəbinin direktorudur. Onun digər qardaşı Rüstəm Cəfərov isə Lənkəran ŞİH başçısının Hirkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta