AZ

Paşinyan ABŞ-a gedir – İrəvan Vaşintondan işgüzar görüş istəyib

Ermənistanın baş naziri Nikol Paşinyan 3-7 fevral tarixlərində ABŞ-a səfər edəcək.

Paşinyan Vaşinqtonda illik Beynəlxalq Dini Azadlıq Sammitində iştirak edəcək.

Ulusal.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Ermənistan tərəfi rəsmi Vaşinqtondan işgüzar görüş istəyib. İrəvan Ağ Ev administrasiyasından Paşinyanın ABŞ-a səfəri zamanı prezident Donald Trampla görüşün təşkil edilməsini xahiş edib. Amma buna razılıq verilmədiyi bildirilir.

Paşinyanın mətbuat katibi “Hraparak”ın belə bir görüşə razılıq verilib-verilmədiyi barədə sualına aydınlıq gətirmək istəməyib.

Ermənistanın bəzi hökumət dairələri Paşinyanın fevralın 5-də Ağ Evdə Tramla görüşə biləcəyini istisna etməyib.

Məsələ burasındadır ki, Paşinyan fevralın 5-də “Milli Namaz Səhər yeməyi”ndə iştirak edəcək. Məhz həmin yeməkdə Paşinyanın Trampa yanaşacağı, onun yanında dayanıb şəkil çəkdirəcəyi istisna edilmir. Trampın səhər yeməyi zamanı xarici liderlərlə şəkil çəkdirəcəyini proqnozlaşdırılır. Paşinyanın da bundan istifadə edib şəkilçəkdirməni Trampla görüş kimi təqdim edəcəyi gözlənilir.

Seçilən
9
6
moderator.az

10Mənbələr