AZ

Ermənipərəst senator Robert Menendez 11 il müddətinə azadlıqdan məhrum edilib

Nyu-Yorkun Cənub Dairəsi Nyu-Cersi ştatının keçmiş senatoru Robert Menendesi korrupsiyada, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə ittiham edərək 11 il həbs cəzasına məhkum edib. Bu barədə “Reuters” məlumat yayıb.

Onun sözlərinə görə, ittiham tərəfi Menendesə 15 il həbs cəzası istəsə də, hakim Sidni Steyn keçmiş senatoru maksimum müddətə məhkum etməyib.

İttiham tərəfinin fikrincə, Robert Menendez və Nadine Menendez-Arslanyan cütlüyü Misir və Qətər hökumətlərinin maraqlarını lobbiçilik etmək müqabilində nağd pul, qızıl külçələr və digər hədiyyələr alıblar. Xüsusilə, istintaqa görə, senator Menendez Misirə hərbi təchizat və yardımın koordinasiyasını asanlaşdıracağını vəd edib.

Menendez 2024-cü il iyulun 16-da münsiflər heyəti tərəfindən təqsirli bilinib. O, avqust ayında senator vəzifəsindən istefa verib. Keçmiş senatorun vəkilləri yanvar ayında Menendezin faktiki həbs cəzasına məhkum edilməməsini xahiş edərək, məhkəmə prosesinin özünün müttəhim üçün kifayət qədər cəza olduğunu, çünki müttəhimin proseslər nəticəsində həm reputasiyasını, həm də maddi rifahını itirdiyini iddia etmişdilər.

Qeyd edək ki, Robert Menendez 20 ildən artıq müddətdə Konqresdə ən fəal ermənipərəst lobbiçilərdən biri olub və bir neçə dəfə Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar verib. ABŞ Konqresində Azərbaycan əleyhinə dinləmələrin keçirilməsinin təşəbbüskarı məhz Menendes olub. O, Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin müəllifidir və Konqresin Ermənistan məsələləri üzrə parlament qrupunun üzvü olub.

Almaz Həsənli

Seçilən
4
10
oxumeni.az

10Mənbələr