AZ

ABŞ digər ölkələrə yardımı dayandırmaqla 1 milyard dollar qənaət edib

ABŞ-nin digər ölkələrə yardımının dayandırılması Vaşinqtona 1 milyard dollardan çox lüzumsuz xərclərdən qaçmağa imkan verib.

Bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

“Bu ilkin mərhələdə ölkənin gündəliyinə uyğun olmayan məqsədlər üçün 1 milyard dollardan çox xərcləmənin qarşısı artıq alınıb. Daha əvvəl elan edilmiş 90 günlük ABŞ-nin digər ölkələrə yardımının dayandırılması və nəzərdən keçirilməsi artıq ABŞ üçün dividendlər gətirir. Biz lazımsız xərcləri aradan qaldırırıq”, ? bəyanatda deyilir.

Vurğulanıb ki, son illərdə Ukraynaya göstərilən səxavətli dəstək nəzərə alınmasa, Birləşmiş Ştatlar hər il başqa ölkələrə yardım üçün təxminən 70 milyard dollar xərcləyir.

Seçilən
33
2
banker.az

5Mənbələr