Nəqliyyat məsələləri dövlətimiz tərəfindən həmişə diqqət mərkəzində saxlanılıb. Məlum olduğu kimi, son 20 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxtda və bölgələrdə irimiqyaslı layihələr həyata keçirilib. Yeni metro stansiyaları, yollar və körpülər istifadəyə verilib. Cənab prezident müşavirədə yeni layihələrdən danışarkən Zəngəzur dəhlizinə də toxundu. Bildiyimiz kimi, İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. Bu gün dəhlizin açılması üçün praktiki addımlar atılır. Baxmayaraq ki, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir və bu da hamıya məlumdur ki, onların niyyəti vaxt uzatmaqdır.
Ermənistan öz üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıra bilməyəcək və çirkin əməllərindən uzaq durub, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının olmasına maneə yaratmayacaqdır.
Nəqliyyatla bağlı müşavirənin keçirilməsi, Cənab Prezidentin çıxışı, verdiyi tapşırıq və göstərişlər Prezident İlham Əliyevin bütün sahələrə olduğu kimi, bu sahəyə də xüsusi diqqət və qayğı ilə yanaşdığını göstərir. Həyata keçirilən uğurlu və uzaqgörən siyasət nəticəsində Azərbaycan tezliklə dünyanın əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta