AZ

Toyota beşinci dəfə dünyanın avtomobil satış lideri oldu

Yaponiyanın “Toyota Motor” şirkəti avtomobil satışına görə beşinci ildir ki, dünyada birinci yeri tutur...

Poliqon xəbər verir ki, bu barədə TASS Ahentliyi brend məlumatlarına istinadən məlumat yayıb.

““Toyota Motor”un satış həcminin 2024-cü ildə 3,7% azalmasına baxmayaraq, şirkət dünya üzrə 10,8 milyon avtomobil satıb. Bu, ona beşinci ildir ki, dünyada birinci yeri tutmağa imkan verib”,deyə Agentliyin açıqlamasında bildirilir.

Q eyd edək ki, Çin Mərkəzi Televiziyası yerli bazarda 2024-cü ilin ən yaxşı avtomobillərini seçmək üçün “Avtomobil Festivalı” keçirib.

Beləliklə, “2024-cü ilin avtomobili” titulunu Exlantix ET krossoveri alıb. Toyota Land Cruiser Prado 2024-cü ilin ən yaxşı çətin yol avtomobili seçilib. İlin mikroavtobusu titulunu Roewe iMax 8 DMH alıb. 2024-cü ilin krossoveri iki modelə, Hyundai Santa Fe və Wey 07-yə layiq görülüb. İlin Sedanı kateqoriyasında qaliblər Toyota Camry və Volkswagen Passat Pro olub.

Poliqon.info

Seçilən
31
50
poliqon.info

10Mənbələr