Avropa Liqasının Liqa mərhələsinin VIII turunun “Olimpiakos” – “Qarabağ” oyununun favoriti bəlli olub.
İdman.biz xəbər verir ki, UEFA-nın rəsmi saytı vasitəsilə keçirdiyi və davam edən səsvermədə meydan sahiblərinin üstünlüyü müşahidə olunur.
Sorğuya qatılanların 63 faizi Yunanıstan klubunun ev qələbəsi qazanacağını gözləyir. Azərbaycan çempionuna inananlar isə 33 faiz təşkil edir. Digər 4 faiz Skandinaviyada bərabərlik olacağı qənaətindədir.
Qeyd edək ki, yanvarın 30-dan 31-nə keçən gecə baş tutacaq “Olimpiakos” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
İdman.biz