Elşən Bədirxanov
İdarəetmə üzrə konsultant və təlimçi
Mənim üçün ideal komanda oyunçusu keyfiyyətlərinin 10-luğu bunlardır (sıralama vacibliyi əks etdirmir):
1. İşinin peşəkarıdır, nəticəyönümlüdür.
2. Başqalarını düşünür (öz işinin vaxtında və keyfiyyətli görülməsinin komandanın digər üzvlərinə təsirini nəzərə alır, məsələn, kulerdə sonuncu stəkanı götürürsə, yenilərini sifariş edir), etibar doğurur, verdiyi sözə əməl edir.
3. Nəticə naminə ümumi məxrəcə gələ bilir, komanda maraqlarını şəxsi maraqlarından üstün tutur.
4. Müxtəlif insanlarla ümumi dil tapa bilir, başqalarına hörmətlə yanaşır, səhvlərini etiraf edir və üzrhaqlıq edə bilir.
5. Konstruktiv diskussiya apara bilir, dinləyə və eşidə bilir, konstruktiv feedback verir və qəbul edir, sağlam konflikdən qaçmır.
6. Oyun qaydalarına riayət edir.
7. İşə sahiblənir, can yandırır, təşəbbüskardır.
8. Ehtiyac olduqda komanda üzvlərinə həvəslə kömək edir, tələb olunduqda başqaları ilə biliklərilə bölüşür.
9. Komanda üzvlərinin uğurlarına sevinir, uğuru öz adına yazmır.
10. Komandada müsbət iqlimin yaradılmasına töhfə verir, komandanın işdənkənar tədbirlərində aktiv və təşəbbüskardır.