29-31 yanvar tarixində Azərbaycanda səfərdə olan Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktoru Jandildə Yakupov Fəxri xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət zamanı onu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov müşaiyət edib.
ZQHT.az xəbər verir ki, ziyarət zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərin məzarları önünə gül dəstələri qoyularaq, xatirələri hörmət və ehtiramla yad edilib.