AZ

Ermənistan kommunikasiyaların açılmasından sonra prosedurları sadələşdirə bilər – XİN başçısı

Ermənistan bölgədə kommunikasiyaların açılması ideyasını dəstəkləyir.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcü həmkarı Maka Boçorişvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O xatırladıb ki, Ermənistan özü Azərbaycana “olduqca konstruktiv” təklif təqdim edib və cavab gözləyir.

A.Mirzoyan qeyd edib ki, Ermənistan kommunikasiyaların açılmasından sonra prosedurları sadələşdirə bilər.

XİN başçısı nəqliyyat-kommunikasiya xətlərinin açılmasının bölgəyə böyük iqtisadi faydalar gətirəcəyini əlavə edib.


Müəllif: Cəmilə Babayeva
Seçilən
1
50
teleqraf.com

10Mənbələr