İrəvan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini başa çatdırmağa hazırdır.
Bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan İrəvanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə mətbuata birgə bəyanatında deyib.
O qeyd edib ki, bu, həm sülh müqaviləsinin imzalanması ilə kommunikasiyaların açılmasına, həm də sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə aiddir.