Xəbər verdiyimiz kimi, Xalq artisti Fatma Mahmudova insult keçirib və xəstəxanaya yerləşdirilib.
Modern.az Fatma Mahmudovanın qızı Nigar Tofiqqızı ilə əlaqə saxlayıb.
Qızının sözlərinə görə, Fatma Mahmudovanın müalicəsi davam etdirilir.
O bildirib ki, anasının səhhətində əvvəlcədən problem olub, belə hadisə isə ikinci dəfədir baş verir.