AZ

Ata “TikTok”dakı videosuna görə qızını güllələyərək öldürdü – FOTO

Pakistanda “TikTok” sosial şəbəkəsində videolarını paylaşdığı üçün kişi 14 yaşlı qızını öldürüb. Qızın atası onun sosial şəbəkələrdəki fəaliyyətindən narazı olsa da, qız internetdəki fəaliyyətini dayandırmayıb.

News24.az oxu.az-a istinadla xəbər verir ki, qızın atası şübhəli şəxsləri müəyyən edilməsi üçün polisə müraciət edib. Əvvəlcə bu cinayət üstü açılmamış bir qətl kimi araşdırılıb.

Amma araşdırmalar və cinayət yerindən dəlillərin toplanmasından sonra ailə üzvləri şübhəli bilinib. Polis 14 yaşlı qızın atasını və əmisini onun öldürülməsinə görə həbs edib. Ata və əmi qızın sosial mediadan istifadə etdiyi üçün onun qətlini planlaşdırdıqlarını etiraf ediblər.

Polisin verdiyi məlumata görə, yeniyetmə evinin yaxınlığında güllə ilə vurulub və xəstəxanaya aparılarkən yolda ölüb.

Əlavə olaraq, məlum olub ki, bu ilin yanvarında Pakistana gələnə qədər ailə 28 il ABŞ-də yaşayıb.


Seçilən
5
1
news24.az

10Mənbələr