ABŞ-ın Nyu-York ştatının senatı 1 fevralın “Ümumdünya Hicab Günü” kimi tanınması barədə qətnamə qəbul edib.
Publika.az xəbər verir ki, senator Roksan Perso tərəfindən təqdim edilən qanun layihəsi ştat senatından keçib.
Qərarda Birləşmiş Ştatlar və Nyu-York xalqının ləyaqət, hörmət və dini etiqad azadlığı olduğu qeyd edilib:
"Hicab qadının saçını və sinəsini örtən ənənəvi örtükdür və İslam tarixində çox mühüm əhəmiyyət kəsb edir. O, qadınlara ləyaqət və hörməti təbliğ etmək, həmçinin iffəti və dini inanca hörməti qorumaq üçün nəzərdə tutulub".