"İcbari tibbi sığortanın tətbiqinin əsas məqsədi ondan ibarətdir ki, insanlara tibbi xidmət əlçatan olsun. Əhalimizin hamısı sağlam olsunlar. İlkin səhiyyə xidməti bunun təşkilində ən böyük rol oynayan hissədir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsində keçirilən dinləmədə çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
"Bizim üçün ən vacib məsələ odur ki, əhalimiz yaşadığı regiondan asılı olmayaraq, hansı bölgədə yaşayırsa, orada hər birinə bərabər şəkildə tibbi xidmətin əlçatanlığı təmin olunsun. İlkin səhiyyə xidməti hansı ölkədə güclüdürsə, həmin ölkədə insan ömrünü uzadır, əhali daha sağlam yaşayır. İlkin səhiyyə xidməti əlaqələndirici zəncirin bir hissəsidir. İlkin səhiyyə xidməti nə qədər güclü olsa, müraciət edən şəxs düzgün şəkildə əlaqələndiriləcək. Burada söhbət sadəcə göndərişdən getmir".
Anar Kəlbiyev