AZ

Meymunçiçəyinə yoluxan şəxs evə buraxıldı

Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb.
  Bu barədə Manset.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, 18 yanvar Səhiyyə Nazirliyi və TƏBİB 22 yaşlı Azərbaycan vətəndaşında meymunçiçəyi virusunun aşkarlanması ilə bağlı birgə məlumat yaymışdı. Həmin şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi deyilirdi. Xəstənin səpkilərindən götürülmüş yaxmanın laboratoriyada müayinəsi nəticəsində onda meymunçiçəyi virusu olduğu təsdiqlənmişdi. 

Seçilən
0
10
manset.az

10Mənbələr