“Gürcüstanın keçmiş prezidenti xanım Salome Zurabişvili Qərbdə Azərbaycana qarşı fəal ideoloji kampaniya aparır və bu, onun ABŞ-yə hazırki səfəri zamanı bir daha əyani şəkildə nümayiş olundu”.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-də yaşayan siyasi təhlilçi Ramiz Yunus bildirib.
Ekspert ona sual ünvanlayıb: “Xanım Zurabişvili bu gün kimi təmsil edir? Gürcüstanın keçmiş prezidentinin vətəndaşı olduğu Fransanın eyni düşmən mövqeyindən heç bir fərqi olmayan açıq anti-Azərbaycan mövqe tutmasına gürcü ictimaiyyəti necə yanaşır? Xanım Zurabişvilinin bu cür ikiüzlü davranışı Gürcüstanın bütün prezidentləri tərəfindən uzun illər ərzində qurulan Azərbaycan və Gürcüstan arasında çoxillik strateji tərəfdaşlığın ruhuna nə dərəcədə uyğundur?”
Ramiz Yunus sonda alman filosofu Fridrix Nitsşedən sitat gətirib: “Biz çox vaxt riyakarlığı ədəb qaydaları adlandırırıq”.
“AzPolitika.info”