Ötən il ərzində icbari tibbi siğorta sisteminin Xidmətlər Zərfi çərçivəsində 450-dən çox xoşxassəli beyin şişinin çıxarılması əməliyyatı icra olunub. Bu barədə SİA-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
İcra edilən cərrahi əməliyyat, stasionarda yatış zaman istifadə edilən dərman, tibbi sərf və anesteziya, qidalanma, biopsiya və patohistoloji müayinələr də icbari tibbi sığorta təminatına daxildir.
Qeyd edək ki, beyin şişlərinin aşkarlanması və müalicəsi üçün lazım olan ixtisaslı həkim müayinəsi, MRT, kontrastlı MRT, KT, ExoEQ, EEQ, laborator analizlər, digər müayinələr və cərrahi əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır.