Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb.
Gundem.az bildirir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, 22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.