AZ

Erməni lobbisinin əsas simalarından olan keçmiş senatora 11 il iş verildi


ABŞ-də Nyu York ştatının Cənub Dairə Məhkəməsi Nyu-Cersi ştatının keçmiş senatoru Robert Menendesi 11 il həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, o, korrupsiyada, həmçinin Misir və Qətər üçün xarici agent kimi işləməkdə ittiham olunub.
Agentliyin məlumatına görə, dövlət ittihamçısı Menendesə 15 il həbs cəzası istəsə də, hakim Sidni Steyn keçmiş senatoru maksimum müddətə məhkum etməyib.
“The New York Times” xəbər verir ki, Menendezin şərikləri - Nyu-Cersi ştatından olan iş adamları Fred Deybs və Vael Hana müvafiq olaraq 7 və 8 il həbs cəzasına məhkum ediliblər.
Menendes 2024-cü il iyulun 16-da münsiflər heyəti tərəfindən təqsirli bilinib. O, avqust ayında senator vəzifəsindən istefa verib.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında senatora qarşı onun və həyat yoldaşının Nyu-Cersidən olan üç iş adamı ilə korrupsioner sövdələşmələrdə əli olması və yüz minlərlə dollar rüşvət alması ittihamı irəli sürülüb.
Senatorun nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar aldığı iddia edilir. Daha sonra Ədliyyə Nazirliyi Menendesə qarşı əlavə ittihamlar irəli sürərək, onu Misir və Qətər üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham edib.
Seçilən
2
13
yeniavaz.com

10Mənbələr