AZ

Azərbaycanda yol-nəqliyyat infrastukturunun yenilənməsilabüddür - Kamaləddin Qafarov

Bakı. Trend:

“Məlumdur ki, son iyirmi il ərzində Azərbaycanda yol-nəqliyyatinfrastukturunun yenilənməsi məsələsi dövlətin prioritet fəaliyyətistiqaməti kimi müəyyən etdiyi sahələrdən biridir. Burada söhbəteyni zamanda həm daxili yolların, həm də beynəlxalq əhəmiyyətli yolinfrastrukturunun yenilənməsindən gedir. Bu baxımdan cənabPrezident İlham Əliyevin yanvarın 28-də keçirdiyi nəqliyyatməsələlərinə həsr olunmuş müşavirədə müzakirə olunan məsələlər sondərəcə mühüm əhəmiyyət kəsb edir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Deputat bildirib ki, müşavirədə çıxış edən dövlət başçısıgörülən işlərin təhlili və qarşıda duran vəzifələrin icrası iləbağlı önəmli fikirlər səsləndirib, açıqlamalar təqdim edib.” İlknövbədə, Bakı şəhərinin və paytaxtın ətrafında yerləşən ərazilərinnəqliyyat infrastrukturunun inkişafı məsələsi müzakirə olundu. Qeydedək ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük nəqliyyatlayihələri icra edilib, yeni metro stansiyaları istifadəyə verilib,yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollarsalınıb. Əgər bu işlər görülməsəydi, bu gün paytaxtımızdanəqliyyat, ümumiyyətlə, iflic vəziyyətinə düşərdi. Eyni zamanda,son illər ərzində bütün ölkə üzrə bir çox mühüm nəqliyyatlayihələri icra edilmişdir. Bu gün ölkəmizdə rahat və təhlükəsizkənd yolları, müasir şəhərlərarası yollar və ən yüksək beynəlxalqstandartlara cavab verən magistral yollar mövcuddur.”

K.Qafarov ölkəmizdə dəmir yolu infrastrukturunun inkişafetdirilməsi istiqamətində aparılan işlərin əhəmiyyətindən də bəhsedib: “Son illər ölkəmizdə dəmir yolu infrastrukturunun yenilənməsivə inkişaf etdirilməsi istiqamətində də böyük işlər görülüb. Buişlərdən danışarkən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası xüsusiqeyd olunmalıdır. Cənab Prezident İlham Əliyevin çıxışında qeydolunduğu kimi, bu layihənin reallaşmasına uzun müddət ermənidiasporunun təzyiqi altında ABŞ hökuməti mane olurdu.Bakı-Tbilisi-Qars dəmir yolunun inşası birbaşa Azərbaycandövlətinin təşəbbüsü ilə icra edilmişdir. Azərbaycan bu layihəniicra etmək istəyəndə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi.Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Lakincənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyətisayəsində bu məsələ də öz həllini tapdı. İlk növbədə, Gürcüstan birneçə il davam edən danışıqların nəticəsi olaraq razılığa gəldi.Eyni zamanda, cənab Prezident Amerika dövlətinin yüksək vəzifəlinümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə edərək onlarıinandıra bildi ki, onlar bu layihənin icrasına maneətörətməməlidirlər. Çünki bu strateji layihədən digər ölkələr, ocümlədən ABŞ-nın müttəfiqləri də faydalanacaqlar. Həyat özügöstərdi ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bumülahizəsində də tam haqlı idi və bu gün Amerikanın Avropadakımüttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna, eləcə də Azərbaycanərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əksistiqamətə daşınmasına çox böyük maraq göstərirlər. Artıq bu günmüxtəlif ölkələrin yükləri Aralıq dənizi istiqamətinə, Avropaya,Türkiyəyə məhz bu yolla daşınır. Möhtərəm dövlət başçımızın dediyikimi, bu, coğrafiyamızda son illər ərzində həyata keçirilən ənvacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da buyoldan faydalanacaqlar”.

Seçilən
3
9
az.trend.az

8Mənbələr