AZ

Səhiyyə naziri: Cərrahi əməliyyatların sayı 89 faiz artıb

Bakı, 30 yanvar, AZƏRTAC

Cərrahi əməliyyatların sayı 89 faiz artıb. Yəni, bu özü göstərir ki, əhaliyə yüksəksəviyyəli tibb xidməti göstərə biləcək tibbi infrastruktur mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev yanvarın 30-da Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

“Son illərdə tətbiq olunmuş icbari tibbi sığortanın uğuru bizi ilkin tibbi sanitariya yardımını yenidən qiymətləndirərək lazım olan tədbirləri görməyə vadar edir. İlkin tibbi sanitariya yardımı bütün dünyada istənilən səhiyyəyə ayrılmış xərclərə nəzarət edən və həmin xərclərin optimal şəkildə istifadəsini təmin edən sütunlardan biridir”, - deyə nazir vurğulayıb.

Seçilən
53
5
azertag.az

10Mənbələr