Bakı, 30 yanvar, AZƏRTAC
2024-cü il ərzində banklar 1,044.3 milyon manat xalis mənfəət, 1,663.2 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 53,001.4 milyon manat, cəmi öhdəlikləri 46,383 milyon manat, balans kapitalı 6,618.4 milyon manat olub.
2024-cü il ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7,8 faiz, 7,6 faiz və 9,2 faiz artıb.