AZ

Niko Kovaç “Borussiya Dortmund”un baş məşqçisi vəzifəsinə gətirilir

 

Nuri Şahin ilə ötən həftə yollarını ayıran “Borussiya Dortmund” klubunun rəhbərliyi baş məşqçi vəzifəsinə xorvatiyalı Noko Kovaçı gətirməyi qərara alıb. 

Fins.az xəbər verir ki, 53 yaşlı mütəxəssisin komandanı 2026-cı ilədək çalışdıracağı və qərarın Bundesliqanın 20-ci turu çərçivəsində fevralın 1-də “Haydenhaym” ilə keçiriləcək qarşılaşmadan əvvəl elan olunacağı bildirilir. 

Niko Kovaç daha əvvəl Bundesliqa klublarından “Ayntraxt Frankfurt” (2016-2018), “Bavariya” (2018-2019) və “Volfsburq”u (2022-2024) çalışdırıb. O, həmçinin 2013-2015-ci illərdə Xorvatiya millisinin, 2020-2022-ci illərdə isə “Monako” klubunun baş məşqçisi olub. 

Bu mövsüm Bundesliqada uğursuz çıxış edən “Borussiya Dortmund” 19 turdan sonra 26 xalla 11-ci sırada qərarlaşıb. Çempionatda 7 oyunda qələbə qazanan komanda 5 oyunda heç-heçə edib, 7 görüşdə isə məğlub olub. 

 

Seçilən
13
3
fins.az

10Mənbələr