AZ

"Persepolis" azarkeşlərinin türklərə qarşı irqi təhqirləri ilə bağlı məhkəmə işi başlayıb

Traxtor Klubu Azadi Stadionunda "Persepolis" azarkeşlərinin türklərə qarşı irqi təhqirləri və digər hadisələrlə bağlı məhkəmə işinə başlayıb.

“Traxtor” klubunun hüquqşünası Səid Məhəmmədpur “Persepolis” azarkeşlərinin türklərə qarşı irqi təhqir etməsi və Azadi stadionunda baş verən digər hadisələrlə bağlı bunları deyib: “Klubun hüquq komandası yerli və beynəlxalq futbol qanunları və qaydaları, xüsusən də təsdiqlər və təlimatlar haqqında tam məlumatlıdır. Tərəfimizdən FİFA tərəfindən verilən ətraflı hüquqi yol xəritəsi hazırlanıb. Baş verən pozuntular təkcə tamaşaçılarla bağlı deyil. Mövcud sənədlərə, FİFA qaydalarına və Futbol Federasiyasının razılığına əsasən, ev sahibi komandanın tamaşaçıları və bir neçə oyunçusu ilə yanaşı, icraçı heyət və hakimlər briqadası da geniş yayılmış intizam və etik pozuntulara yol verib ki, bununla bağlı da “Traxtor” klubunu Futbol Federasiyasının ədliyyə orqanlarına rəsmi şikayət göndərib, Biz Hüquqi tədbir və araşdırma gözləyirik." - deyə Məhəmmədpur bildirib.

Məhəmmədpur Persopolis komandasının azarkeşləri tərəfindən belə irqçi təhqirlərin əvvəllər də olduğunu, ancaq bu dəfəki təhqirlərin əvvəlkilərə nəzərən daha çox insan tərəfindən səsləndirildiyini bildirib. Onun sözlərinə görə, bu səbəbi bu vaxta qədər görülmüş cəza tədbirlərinin yetərsizliyindən irəli gəlir.

Traxtorun hüquqşünası hakimin və matçın təşkilatçılarının fəaliyyətini tənqid edib, onun sözlərinə görə, FİFA-nın qaydalarına əsasən əgər oyun zamanı irqçi şüarlar səsləndirilərsə stadion rəhbərliyi səsucaldıcı vasitəsilə azarkeşləri bu hərəkətlərdən çəkindirməli, bu yetərli olmazsa oyun saxlanılmalıdır. Ancaq Traxtur ilə Persopolisin son oyununda nə azarkeşlərə xəbərdarlıq edildi, nə də oyun saxlanıldı.

visiontv.az



Seçilən
21
50
visiontv.az

10Mənbələr