Avropa Liqasının əsas mərhələsinin sonuncu – 8-ci turunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçının baş hakimi Radu Petreskudu.
“Football-plus.az” adı çəkilən ədalət təmsilçisi haqda ətraflı məlumatla qarşınızdadı.
Rumıniyalı “fit sahibi” ölkəsinin superliqasında idarə etdiyi 235 oyunda 1167 sarı, 59 qırmızı vərəqə göstərib. Petresku, təbii ki, ölkə kuboku və aşağı liqa matçlarında da meydanda olub.
2012-ci ildə FİFA referisi kateqoriyasına yiyələnən hakim Çempionlar, Avropa, Konfrans, Gənclər və Millətlər liqalarıyla yanaşı, 17, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatı sınaqlarında da ədaləti təmsil edib. Onun xidmətinə Səudiyyə Ərəbistanı və Cənubi Kiprin çempionatlarında da ehtiyac duyulub.
Petresku həm də Avropa Liqasının 2015/16 mövsümünün 2-ci təsnifat mərhələsində keçirilən “Çukariçki” (Serbiya) – “Qəbələ” matçında iş başında olub. O, serblərin qələbəsiylə (1:0) sona çatan oyunda bizimkilərə 5 sarı vərəqə göstərib.
Ümumiyyətlə, ədalət təmsilçisi indiyə qədər 458 görüş idarə edib. O, bu matçlarda 2086 sarı, 100 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta