Tehran Apeliyasiya Məhkəməsi İnqilab Məhkəməsinin İran əsilli amerikalı jurnalist və "Radio Fərda"nın keçmiş müxbiri Rza Vəlizadənin barəsində çıxardığı 10 il həbs cəzasını təsdiq edib.
Bu barədə jurnalistin vəkili Məhəmməd Hüseyn Ağası özünün X hesabında məlumat yayıb.
O, məhkəmənin prosedurunun ilkin hökmü təsdiqləməkdən ibarət olduğunu və işə yenidən baxmağın mümkünlüyünü yazıb.
Qeyd edək ki, "Radio farda"da 10 il işlədikdən sonra 2022-ci ilin noyabrında bu mediadan istefa verən Rza Vəlizadə, bir müddət xaricdə qaldıqdan sonra ailəsini ziyarət etmək üçün İrana qayıdıb və bu 2024-cü ilin 22 sentyabrnda həbs edilib.
Onun yaxınları jurnalistin İranın təhlükəsizlik məmurları tərəfindən aldadılaraq ölkəyə qaytarıldığını deyiblər.
Rza Vılizadənin yaxın çevrəsinin dediyinə görə, o Amerikada olduğu zaman SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsinin əməkdaşları ilə əlaqəyə girib, ancaq onlar jurnalistə rəsmi zəmanət vermədən o İrana qayıdıb.
visiontv.az