Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aleksandr Lukaşenkonu Belarusda keçirilən son prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib və Ankara ilə Minsk arasında əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini bildirib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə mövcud əməkdaşlıq birgə səylərimiz sayəsində qarşıdakı dövrdə daha da möhkəmlənəcək”, – Ərdoğanın təbrikində deyilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az