Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektinə qeydə alınıb.
18 yaşlı F. Rəhimova yolu keçmək istəyərkən onu maşın vurub. Xəstəxanaya çatdırılan qızın vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Müəllif: Teleqraf.com