AZ

Paytaxtın köçürülməsi mümkün deyil - Tehran meri

Ölkənin imkan və məsləhətinə görə, paytaxtın başqa şəhərə köçürülməsi mümkün deyil.

Bu barədə Tehran şəhərinin meri Əlirza Zakani paytaxtın Terandan köçürülməsi ilə bağlı suallara cavab olaraq deyib.

"Ən yaxşısı odur ki, hökumət, nazirliklər və dövlət idarələri Tehranın cənub bölgəsində, Beynəlxalq hava limanı və Xomeyninin məqbərəsinə yaxın əraziyə köçürülsün",- o bildirib.

Bir neçə gün əvvəl isə Məsud Pezeşkianın nümayəndəsi Möhsün Əbdüləlizadə oxşar bəyanatla çıxış edib və paytaxtın cənub bölgəsinə köçürülməsi ilə bağlı söhbətlərin sadəcə fərziyyə olduğunu söyləyib.

Qeyd edək ki, bundan əvvəl İran paytaxtının köçürülməsinin vacibliyi ilə fikirlər səsləndirilsə də, bu barədə qəti qərar qəbul olunmayıb.

visiontv.az



Seçilən
0
10
visiontv.az

10Mənbələr