AZ

Zəngəzur Dəhlizinin açılmağı xüsusi əhəmiyyət kəsb edir– ÖZƏL

"Şübhəsiz, Orta Dəhliz böyük strateji əhəmiyyət kəsb edir.  Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün  sonunda imzalanmış  Ankara Bəyannaməsi Orta Asiya, Qafqaz və Ön Asiya arasında iqtisadi dinamikanın inkişaf etməsinə səbəb olacaq. Bilirik ki, bu regionlar dünyada strateji əhəmiyyətə malik olan regionlardır. Həm Orta Asiya, həm Azərbaycan, həm də qardaş Türkiyə dinamik inkişaf dövrünü yaşayır. Xüsusən bizim tarixi əhəmiyyətli Qarabağ zəfərimizdən sonra bölgədə bizim sayəmizdə əmin-amanlıq, sabitlik dövrü başlayıb". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"İnanıram ki, bu dövrdən sonra Qərblə-Şərq arasında tarixi İpək Yoluyla eyni mahiyyəti daşıyacaq əhəmiyyətə malik addımlar atılacaq. Xüsusən bu məsələdə Zəngəzur Dəhlizinin açılması xüsusi əhəmiyyət kəsb edir. Çünki bu dəhliz birbaşa olaraq Qərblə Şərq arasında bütün dünyanın qazana biləcəyi beynəlxalq tranzitin ən əsas elementlərindən biri olacaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
48
olaylar.az

10Mənbələr