Bakı. Trend:
Azərbaycan və Pakistan enerji sahəsində müxtəlif istiqamətlərüzrə ikitərəfli münasibətlərin inkişafına dair müzakirələraparıblar.
Trend xəbər verir ki, bubarədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosialşəbəkəsindəki hesabında məlumat verib.
"Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiyaüzrə federal naziri Abdul Alim Xan ilə enerji sahəsində müxtəlifistiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafına dairməhsuldar görüşümüz oldu. Gündəlikdə olan məsələlər, o cümlədənneft-qaz, bərpa olunan enerji və enerji səmərəliliyi üzrəəməkdaşlıq imkanlarını dəyərləndirdik", - paylaşımda qeydolunub.