AZ

Bu missiyanın bölgədə olması sülhə və sabitliyə töhfə verməyəcək– ÖZƏL

"Avropa İttifaqının Azərbaycan-Ermənistan şərti sərhəddəki missiyanın vaxtının uzadılması ilə bağlı qərarı bölgədə sülhə və sabitliyə, sülh prosesinin irəli getməsinə bir töhfə verəcəyini düşünmürəm. Onların iki il üç aylıq fəaliyyəti onu göstərdi ki, niyyətləri heç də bölgədə sülhü təmin etmək deyil. Əksinə, burda daha çox Fransanın marağı ifadə olunur və bu missiyanın müddətini uzatmaqla Qərb özünün təsir zonasını yaratmağa çalışır". 

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Gələcəkdə isə mümkün olarsa, bu missiyanın hərbi missiyaya çevrilməsi planı da mövcuddur. Bu missiyanın bölgədə olması ilə Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq və onun yerində yaranmış boşluğu doldurmaq üçün bu missiyadan istifadə olunacaq. Əslində,  Avropa İttifaqının mülki missiyasının adlandırılması da mümkün deyil, çünki bu missiyanın tərkibində Avropaya aid olmayan Kanadanın da nümayəndələri də yer almaqdadır ki, bu da artıq həmin missiyanın formatının NATO missiyası kimi də dəyərləndirilməsinə imkan verir. Bir daha bildirim ki, bu missiyanın bölgədə olması sülhə və sabitliyə töhfə verməyəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
50
olaylar.az

10Mənbələr