AZ

176 nəfərin öldüyü təyyarə bu səbəbdən qəza törədibmiş

Cənubi Koreyada ölkənin ən ölümcül qəzası ilə bağlı araşdırmalar davam etdirilir.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb.
 
Sözügedən qəzanın fəsadları hələ də aradan qaldırılmasa da, aviasiya sektorunu vuran ikinci təhlükə vətəndaşları təşviş və qorxuya salıb.

ABŞ-nin və aviasiya nəhəngi Boeing-in müstəntiqləri 176 nəfərin öldüyü təyyarə qəzasının baş verdiyi ərazini tədqiq etməyə başlayıblar.
 
Təyyarənin havada mühərrik problemi yaşadığı müəyyən edilib. İlkin araşdırmalar onu da göstərir ki, pilotlar idarəetmə mərkəzindən quş vurması xəbərdarlığı alıb və təhlükə siqnalı veriblər.

Lakin bir çox ekspertlər deyirlər ki, qəzanın əsas səbəbi eniş qurğusunun problemi olub.

Ekspert ehtimal edir ki, qəzaya çox güman ki, təyyarənin hidravlik idarəetmə sistemlərindəki problem səbəb olub. 

Lakin təyyarədəki qara qutuların son dörd dəqiqə ərzində qeydi dayandırması qəzanın sirrini daha da qeyri-müəyyən edir.

Xatırladaq ki, Cənubi Koreyadan Honq-Konqa uçan Air Busan təyyarəsi Busandakı Gimhae beynəlxalq hava limanından qalxmağa hazırlaşarkən alovlanıb. Təyyarədə olan 176 sərnişin və ekipaj üzvlərinin hamısı ölüb.

Mikayıl
Seçilən
1
16
azxeber.com

10Mənbələr