Təbrizin mərkəzi zibilxanasından sızan sular Kömür çayına axaraq bölgədə ekoloji problemlərin yaranmasına səbəb olub.
Bu barədə yerli media məlumat yayıb.
Çirkab suların xüsusilə Təbriz yaxınlığında yerləşən Şirincə kəndi ərazisində əkin sahələrinə axdığı bildirilib.
Təbrizin "Nəsr" xəər portalının məlumatına görə, çirkli sular əkin sahələrinə ziyan verməklə yanaşı yeraltı su qaynaqlarına da qarışıb və bölgə əhalisi arasında xəstəliklərin yaranması riskini artırıb.
Bildirilib ki, Təbriz Bələdiyyəsinin Tullantıların İdarə Olunması Təşkilatının iddialarının əksinə olaraq, mərkəzi zibilxanın suları təmizlənmədiyi üçün zəhərli tullantılar sırasındadır və çox saylı təhlükəli mikroblarla zəngindir.
visiontv.az