AZ

Kremldən SSRİ təhdidi: “Bunu unutsanız...”

Sovet xalqı bütün bəşəriyyət üçün çox böyük şücaət göstərdi, onu “qəhvəyi vəba”dan qurtardı, tarixi həqiqəti unutmaq siyasəti zərərlidir.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Almaniya Kansleri Olaf Şoltsun ABŞ-nin ölkəsinin nasizmdən azad edilməsinə verdiyi töhfə ilə bağlı sözlərini şərh edərkən deyib.

“Tarixi həqiqəti, Avropa qitəsinin “qəhvəyi vəba”dan xilas edilməsi üçün məhz kimin ən ağır bədəl ödədiyini unutmaq kimi düşünülmüş bir xətt mövcuddur. O, Sovet İttifaqı idi. Məhz Sovet İttifaqı, o cümlədən müttəfiqlərinin - Böyük Britaniya və Amerikanın köməyi ilə bunun əsas yükünü öz üzərinə götürdü.

Sovet İttifaqı xalqı bütün bəşəriyyət üçün çox böyük şücaət göstərərək, onu “qəhvəyi vəbadan” xilas elədi. Unutmaq xətti mümkün nəticələr baxımından çox zərərlidir”, - Rusiya rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
0
12
teleqraf.com

10Mənbələr