Qış və təbii qazın isitmə üçün istifadə olunması ilə xərclərin artması nəticəsində necə qənaət edə bilərik sualı ağıllara gəlir. Təbii qazın sürpriz hesablarından qaçmaq və hesabları normal səviyyədə saxlamaq əslində mümkünsüz deyil. Belə ki, bir neçə nüansa diqqət etməklə qənaət edə bilərsiniz.
News24.az təbii qaz ödənişlərini azaltmağa kömək edəcək məsləhətləri təqdim edir:
- Kombi və radiatorun təmiri mütəmadi olaraq aparılmalıdır
- Kombiyə illik texniki qulluq edilməlidir
- Kombini hər gün söndürüb yandırmayın, müəyyən bir dərəcədə işlək vəziyyətdə qalması daha məqsədəuyğundur
- Yeni nəsil kombilərə üstünlük verilməlidir
- Radiatorların önünü bağlamayın
- İzolyasiya lövhələrindən istifadə edilməlidir
- İstilik izolyasiyası aparılmalıdır
- Balkon qapıları təmir olunmalıdır
- Jalüzlərdən istifadə etmək olar
- İstilik paylayıcı və ya istilik sayğacı istifadə edilə bilər
- Termostatik klapan istifadə edilə bilər.
Günel Məlikzadə