AZ

''Qalatasaray'' ulduz futbolçu ilə yollarını ayırdı

''Qalatasaray'' nəhayət ki, Hakim Ziyeşdən qurtulmağı bacardı.

''Football-plus.az'' xəbər verir ki, baş məşqçi Okan Buruk hələ dekabrın ortalarında Ziyeşin qış fasiləsində böyük ehtimalla ayrılacağını açıqlamışdı. Amma tərəflər uzun müddət təzminat məsələsində anlaşa bilmirdilər.

Türkiyə mətbuatının iddiasına görə təcrübəli futbolçu müqavilənin ləğvi üçün İstanbul nəhəngindən 3 milyon avroya yaxın məbləğ tələb edirdi. Dünən isə gözlənilən açıqlama gəldi. ''Qalatasaray''ın rəsmi açıqlamasında müqavilənin qarşılıqlı şəkildə ləğv olunduğu qeyd edildi. Amma təzminatın məbləği barədə məlumat verilmədi.

31 yaşlı futbolçu BƏƏ təmsilçisi ''Əl-Nəsr'' və Qətər təmsilçiləri ''Əl-Duhail'' ilə ''Əl-Ərəbi'' arasında seçim edəcək. Bu klublar ona bənzər şərtlər ilə müqavilə təklif ediblər. Fabritsio Romano Ziyeşin üstünlüyü ''Əl-Duhail''ə verdiyini iddia edib.

Qeyd edək ki, Mərakeş yığmasının ulduzu ''Qalatasaray''a 2023-ün yayında gəlmişdi. İlk mövsümü icarə əsasında keçirən və pis təsir bağışlamayan tanınmış vinger ilə 2024-ün yayında daimi müqavilə imzalandı. Amma Ziyeş bu mövsüm tez-tez zədələnməsi, ehtiyatda qaldığı üçün istəksiz davranması və komandaya can yandırmaması ilə gözdən düşdü.

Daha öncə ''Ayaks'' və ''Çelsi''də də forma geymiş Ziyeşin ''Qalatasaray'' karyerası 34 oyun, 8 qol, 5 məhsuldar ötürmə göstəricilərindən ibarət oldu.

ƏLİ

Seçilən
5
33
football-plus.az

10Mənbələr